Futbolçu zədəsini sağaldıb
İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Məsut Özilin zədəsi tam sağalıb.
Sportal.az xəbər verir ki, bu məlumatı türkəsilli alman futbolçu özü "Bild"ə açıqlamasında söyləyib.
Qeyd edək ki, yarımmüdafiəçi "Çelsi"yə qarşı ötən ilin oktyabr ayında keçirilən İngiltərə Premyer Liqasındakı oyunda zədələnib.