Stiven Teylor əməliyyat olunacaq
İngiltərə Premyer Liqasının 20-ci turunda “Börnli” ilə qarşılaşmada “Nyukasl”ın müdafiəçisi Stiven Teylor ciddi zədə alıb.
Sportal.az xəbər verir ki, ilkin tibbi müayinədən sonra 28 yaşlı futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb. Odur ki, mövsümün sonuna qədər Teylor komandasına komək edə bilməyəcək:
“Artıq ikinci dəfədir ki, belə ciddi zədə alıram. 2011-ci ildə də ağır zədə üzündən meydanlardan kənarda qaldım. İndi həkimlər əməliyyat olunmağımı məsləhət görürlər. Mövsümün sonuna qədər komandama kömək edə bilməyəcəyəm”.
saytlarin hazirlanmasi