"Arsenal"ın hücumçusu "Bordo"ya keçir

01:15 - 3 Yanvar 2015

Fransalı hücumçu ölkəsinə qayıdır
 
“Arsenal” rəhbərliyi qış fasiləsində hücumçu Yaya Sannoqonu “Bordo” klubuna icarə əsasında verməyə hazırdır.
 
Sportal.az xəbər verir ki, 21 yaşlı fransalı futbolçunun ölkəsində oynamaq şansı daha çoxdur. Baş məşqçi Arsen Venger oyun praktikasından geri qalan gənc forvardın Fransada təcrübə toplamaq üçün əlverişli olacağını bildirib.
 
Qeyd edək ki, cari mövsüm “Arsenal”ın heyətində 6 oyun keçirən Sannoqo 1 qol vurub.    

Xəbər xətti