Komandamız Yaponiya ilə oyuna hazırlaşır
	FIFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin XXVII beynəlxalq xatirə turnirində iştirak edəcək 1997-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması bu gün Peterburqski İdman-Konsert Kompleksində ilk məşqinə çıxıb.
	
	Sportal.az xəbər verir ki, yığmamız turnirdə ilk oyununu bu gün, yerli vaxtla saat 14:15-də (Bakı vaxtı ilə 15:15), Peterburqski İdman-Konsert Kompleksində Yaponiya komandasına qarşı keçirəcək. 
	
	
	 
     
                    