Baş məşqçidən açıqlama
U-19 milli komandamızın baş məşqçisi Nikolay Adam Yaponiyanı 1:0 hesabı ilə məğlub etdikləri oyun haqda fikirlərini açıqlayıb.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, alman məşqçi qələbəyə görə çox şad olduğunu bildirib:
“Ardıcıl ikinci dəfədir ki, bu turnirdə mübarizə aparırıq. Hələ ötən il buradan xoş təəssüratlarla ayrılmışdıq. Yenidən burada olduğumuz üçün şadam. O ki qaldı oyuna, komandam bu gün sona kimi mübarizə apardı. Matçın sonuna kimi vuruşduq və qələbə qazandıq. Nəticəyə görə çox şadam. Qələbəmizin sensasiya olması fikri ilə razıyam”
saytlarin hazirlanmasi