Turnirin növbəti oyunları
Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnir davam edir.
Sportal.az xəbər verir ki, dünən ilk oyununda Yaponiyalı həmyaşıdlarını məğlub edən u-19 millimiz bu gün növbəti sınağına çıxır.
Yığmamız Rusiya-2 komandası ilə qarşılaşacaq. İlk görüşdə Yaponiyaya 1:0 hesabı ilə qalib gələn Nikolay Adamın komandası ikinci matçında da qələbə qazanmaqla növbəti mərhələyə adlamaq niyyətindədir. Oyun saat 16:30-da başlayacaq.
4 yanvar
16:30. Rusiya-2 - Azərbaycan 2:4
Qollar: Artyom Qaladjan, 10, Nikolay Rasskazov, 89 – pen. // İlkin Sadıqov, 30;56, Elnur Cəfərov, 48, Mahir Mədətov, 73
saytlarin hazirlanmasi