Emin Zamanov ən yaxşı seçildi
Sankt-Peterburqda keçirilən FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin sayca 27-ci beynəlxalq xatirə turniri davam edir.
Sportal.az xəbər verir ki, turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrup mərhələsində ikinci oyununu keçirib.
Rusiya-2 komandası ilə qarşılaşan millimiz rəqibinə 4:2 hesabı ilə qalib gəlib. Bu oyunda millimizin ən yaxşı futbolçusu da müəyyənləşib. Bu, komandanın yarımmüdafiəçisi Emin Zamanov olub.