Mini-futbol turniri
Millimizin qapıçısı Emil Balayev yeni klubu “Ayntraxt”da ilk kubokunu qazanıb.
Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisi yaranan fasilədən istifadə edərək, 13-cü Harder kubokunda mübarizə aparıb.
Frankfurt təmsilçisi mini-futbol turnirinin əsas dairəvi sistemlə keçirilən əsas mərhələsində 4 matç keçirib. “Karlsrue”ni 2:1, Valdhof”u 3:0 və “Kayzerslautern”i 5:4 hesabı ilə məğlub edib, “Sandhauzen”ə 1:2 hesabı ilə uduzan komanda finala yüksəlib.
"Ayntraxt" həlledici görüşdə millimizin digər üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" ilə üz-üzə gəlib. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 4:4. Penaltilər seriyasında daha dəqiq oynayan (5:4) "Ayntraxt" kuboka sahib çıxıb.
saytlarin hazirlanmasi