Millinin məşqçilər korpusu Antalyaya gedəcək
Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki və köməkçilərinin Türkiyə səfərinin vaxtı müəyyənləşib.
	Sportal.az xəbər verir ki, mütəxəssis məşqçilər korpusu ilə qonşu ölkəyə yanvarın 9-da yollanacaq və 24-dək Antalyada olacaq.
	
	Onlar Türkiyədə hazırlıq keçən klublarımızın məşqlərini və yoxlama oyunlarını izləyəcək.
	
	 
     
                    