Ukraynalı futbolçu rəsmən "Qəbələ"də

11:20 - 6 Yanvar 2015

İlk məşqinə də çıxıb

 

Mövsümün ikinci yarısı öncəsi heyətini gücləndirməkdə olan “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  bunadək Rəşad Sadiqovla müqavilə imzalayan “qırmızı-qaralar” qış fasiləsində ilk legionerlə anlaşıb.

 

"Qəbələ" ukraynalı yarımmüdafiəçi Aleksey Qayı rənglərinə bağlayıb. Antalya toplanışı zamanı komandaya qoşulan orta sahə oyunçusu ilə 1,5 illik müqavilə imzalanıb. Qay artıq "qırmızı-qaralar"la ilk məşqə də çıxıb.

 

1982-ci il noyabrın 6-da anadan olan Qay son illəri “Çernomorets”də keçirsə də, karyerasının əsas hissəsi “Şaxtyor”la bağlıdır. 18 yaşında Donetsk təmsilçisinin əsas komandasına cəlb olunan yarımmüdafiəçi 2000-04 və 2006-13-cü illərdə bu komandanın şərəfini qoruyub. Ukrayna çempionatlarında 6 qızıl (2001/02, 2007/08, 2009/10, 2010/11, 2011/12, 2012/13), 5 gümüş (2000/01, 2002/03, 2003/04, 2006/07, 2008/09) medal qazanan Qay 7 dəfə (2000/01, 2001/02, 2003/04, 2007/08, 2010/11, 2011/12, 2012/13) ölkə kubokunun qalibi, 3 dəfə (2002/03, 2006/07, 2008/09) finalçısı olub. 2008/09 mövsümündə isə “Şaxtyor”un heyətində UEFA Kubokunu (indiki Avropa Liqası) qazanıb. 2004-06-cı illərdə “İliçevets”in formasını geyən Qay 2013-cü ilin yayından “Qəbələ”yə keçənədək “Çernomorets”də çıxış edib.

 

Qeyd edək ki, 2003-11-ci illərdə Ukrayna milli komandasına cəlb olunan yarımmüdafiəçi yığmada 29 oyun keçirib və 1 qol vurub.

Xəbər xətti