Millimizin baş məşqçisi: "Bu gün öz oyunumuzu göstərə bilmədik"

22:10 - 7 Yanvar 2015

Baş məşqçidən açıqlama

 

Əvvəlki oyunlardan fərqli olaraq bu gün öz oyunumuzu göstərə bilmədik. Buna görə də istədiyimiz nəticəni qazana bilmədik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Sankt-Peterburq komandası ilə oyundan sonra U-19 millimizin baş məşqçisi Nikolay Adam deyib.

Alman məşqçi futbolçularından şikayətlənib: “Nə hücumdan müdafiəyə, nə də müdafiədən hücuma istədiyimiz kimi keçə bilmədik. Bu yaşda futbolçunun başını itirməsi mümkündür. Amma uğur qazanmaq istəyirsənsə, belə olmamalıdır. Qarşıda Cənubi Koreya ilə oyunumuz var. İndi həmin matçı düşünməliyik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Sankt-Peterburq çox gözəl təsir bağışladı. Hələ oyundan futbolçularıma rəqibin güclü olduğunu demişdim”. (futbolxeber.az)

Xəbər xətti