Zaqatala təmsilçisi toplanışda 5 yoxlama oyunu keçirəcək
Antalyaya təlim-məşq toplanışında olan "Simurq" praqramında bəzi dəyişikliklər edib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Zaqata təmsilçisi toplanış çərçivəsində əvvəlcədən bildirildiyi kimi 4 yox, 5 yoldaşlıq görüşü keçirəcək. Oyunlar yanvarın 13-də, 15-də, 18-də, 21-də və 24-də baş tutacaq. Georgi Çixradzenin başçılıq etdiyi komandanın ilk rəqibi Əlcəzairin "Əl-Eyulma" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 17: 30-da start götürəcək.
İkinci görüşdə "sarı-qaralar" Albaniyanın "Partizani" kollektivi ilə üz-üzə gəlməli idi. Ancaq onların toplanışa gəlməməsi səbəbindən "Simurq" Almaniya "Dyusburq”u ilə ilə görüşdə gücünü sınaqdan keçirəcək. Üçüncü və dördüncü yoxlama oyunları Qazaxıstanın "İrtış" və Rumıniyanın "Astra" klubları ilə olacaq. Elita təmsilçisinin sonuncu sparrinq rəqibi isə Ukraynanın "Volın" kollektivi olacaq.
Son yoxlama matçından sonra "Simurq" tam heyətlə ölkəyə qayıdacaq və Azərbaycan Premyer Liqasının XIX turunun hazırlıqlarını doğma arenada davam etdirəcək.
Qış "transfer pəncərəsi"ndə Zaqatala təmsilçisi heyətini də gücləndirməyi planlaşdırır. Təlim-məşq toplanışı çərçivəsində klub rəhbərliyi məşqçilər korpusunun istəyi əsasında komandaya mərkəz müdafiəçisi və hücumcu qatmağa çalışacaq. Artıq bir necə futbolçu ilə danışıqlar gedir. Yaxın günlər bu haqda da əlavə məlumat veriləcək.
saytlarin hazirlanmasi