Nikolay Adam: "Bütün gücümüzü sərf edəcəyik ki, beşinci yeri tutaq"

22:00 - 8 Yanvar 2015

Baş məşqçidən açıqlama

 

“Komandamda yorğunluq var idi. Bu da ikinci hissədə özünü göstərdi. Ardıcıl 2 gərgin oyun keçirmək çıxışımıza ciddi təsir etdi”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Koreya Respublikası ilə oyundan sonra U-19 millimizin baş məşqçisi Nikolay Adam deyib.

Alman məşqçi komandası ilə fəxr etdiyini bildirib: “Futbolçular bacardıqlarını etdilər. Komandamla fəxr edirəm. Qarşıda daha bir oyunumuz var. Futbolçularım həmin oyunu artıq indidən səbirsizliklə gözləyirlər. Bütün gücümüzü sərf edəcəyik ki, beşinci yeri tutaq. Hesabda geri düşdükdən sonra Elnur Cəfərovu hücuma keçirdik. Uduzmağı heç kim sevmir. Amma bu, Azərbaycan millisinin Sankt-Peterburqda qazandığı ən yaxşı nəticədir. Düzdür, bir dəfə Lippertin vaxtında komanda 5-ci olub. Amma həmin vaxt yarışda 8 komanda mübarizə aparırdı”.

Sona yaxın meydandan uzaqlaşdırılan millimizin baş məşqçisi hərəkətinə görə üzrxahlıq edib: “Əsəbimdən topu göyə vurdum. Bu hərəkətimə görə üzr istəyirəm. Məşqçi belə etməməli, emisoyalarını cilovlamalıdır”.(futbolxeber.az)

Xəbər xətti