Kamran Ağayev məşqlərə başladı

11:00 - 9 Yanvar 2015

Təlim-məşqdə 4-cü gün

 

2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 4-cü gününü 2 məşqlə yekunlaşdırıb.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqlərdə komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.

 

Artıq sağalan Kamran Ağayev də məşqlərə qatılıb. Pavol Farkaş zədə səbəbindən məşq prosesində iştirak etməyib. Bərpa prosesi keçən Ekiqo Ehiosun isə fərdi qaçışla kifayətlənib.

Xəbər xətti