Komandamız Cənubi Koreyaya uduzdu
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnir davam edir.
Sportal.az xəbər verir ki Azərbaycanın 1997-ci il təvəllüdlü futbolçulardan ibarət millisi ikinci mərhələdə Cənubi Koreya yığması ilə qarşılaşıb. Matç komandamız 3:0 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, yığmamız H qrupunun ilk görüşündə Sankt-Peterburq millisinə 2:4 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi