Roman Qriqorçukun ilk oyununda heç-heçə
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ” bu gün ilk yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, komanda Hollandiyanın PSV klubunun ikinci komandası ilə üz-üzə gəlib.Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Bu matç "Qəbələ"nin yeni baş məşqçisi Roman Qriqorçukun ilk sınağı olub.
Qeyd edək ki, "Qəbələ" təlim-məşq toplanışı çərçivəsində “Əskişəhərspor" (Türkiyə), "Tobol" (Qazaxıstan), "Vorskla" (Poltava, Ukrayna) klubları ilə yoxlama oyunu keçirəcək.
10 dekabr
Yoxlama oyunu
17:30. PSV (Hollandiya) - "Qəbələ" (Azərbaycan) - 0:0
saytlarin hazirlanmasi