Millimiz Belarusu penaltilərlə üstələyib, 5-ci oldu

17:35 - 11 Yanvar 2015

V yer uğrunda mübarizə

 

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirə yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti matçına çıxıb.

 

Beşinci yer uğrunda mübarizə aparan Nikolay Adamın komandası Belarus millisi ilə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında isə komandamız 6:5 hesabı ilə qalib gələrək turniri 5-ci pillədə bşa vurub.

 

15:30.AZƏRBAYCAN - Belarus 1:1 (penaltilər - 5:4)

Qollar: Ruslan Sadiqov, 22-pen -  Roman Kazençuk,

 

Xəbər xətti