Roman Qriqorçuk: "Oyunumuz haqda yalnız fevralın 1-i danışa bilərik"

10:55 - 11 Yanvar 2015

"Yeni transferlərimiz zaman ötdükcə..."

 

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Antalya toplanışı çərçivəsində baş tutan "Qəbələ" - PSV-2 (Hollandiya) (0:0) matçının ardından düşüncələrini bölüşüb.

 

Sportal.az klubun rəsmi saytına istinadən sizi həmin fikirlərlə tanış edir:

 

"Hal hazırda işlərimiz, hazırlıq prosesimiz davam edir. Ümumi nəsə demək üçün çox tezdir. Futbolçularımız səylə çalışır.  Oyunumuz haqda yalnız fevralın 1-i - "Bakı" ilə qarşılaşmadan sonra danışa bilərik. Hazırkı dövr həmin matça hazırlıq dövrüdür. Yeni futbolçularımız - Rəşad Sadiqov və Aleksey Qay təcrübəli futbolçulardır. Bizim onların oyununa, komandaya xeyir verib-verməyəcəklərinə dair hər hansı bir şübhəmiz yox idi. Onlar zaman ötdükcə öz səviyyələrini göstərirlər. Heyətimizə qatdığımız gənc futbolçular isə çalışırlar və daha çox çalışmalıdırlar"

Xəbər xətti