"Qaradağ Lökbatan" "Simurq"a məğlub oldu

01:30 - 15 Yanvar 2015

Əvəzedici komanda 1-ci dəstə təmsilçisini üstələdi
 
"Simurq"un əvəzedici heyəti qış təlim-məşq toplanışını davam etdirir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 4-dən Zaqatalada hazırlıqlara başlayan Rövşən Babayevin komandası ilk yoxlama oyununda qüvvəsini sınayıb.
 
Sözügedən komanda "Dalğa Arena"da 1-ci divizion təmsilçisi "Qaradağ Lökbatan"la qarşılaşıb. "Simurq"un əvəzediciləri görüşdən 3:0 hesabı ilə qalib ayrılıb. "Sarı-qaralar"ın qollarını Dəyanət Əsilli (2) və Vüsal İsgəndərli vurub.

Xəbər xətti