Aleksey Qay: "Belə olanda biz futbolçulara yalnız yaxşı oynamaq və qalib gəlmək qalır"

10:30 - 15 Yanvar 2015

"Bu prosesin çətin olacağını gözləyirdim" 

 

“Keçirdiyimiz yoxlama oyunlarında nəticə deyil, məşqçinin komandaya aşılamaq istədiyi oyun sxemi ön sırada durur. İndiki matçlarımız təhlil üçün əsas verir. Bu da gələcəkdə daha güclü çıxış etməyimizə səbəb olmalıdır. Lakin hələ çox çalışmalıyıq”.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri  “Qəbələ”nin yeni transferi Aleksey Qay "Eskişehirspor"a 1:3 hesabı ilə uduzduqları yoxlama matçından sonra deyib.

 

Ukraynalı yarımmüdafiəçi bildirib ki, “qırmızı-qaralar”a Antalya toplanışında qatılsa da, yeni komandaya gözlədiyindən də asan uyğunlaşıb:

 

 

“Qəbələ”yə uyğunlaşmaqda heç bir çətinlik olmadı. Bu prosesin daha çətin olacağını gözləyirdim. Lakin burada məni çox isti qarşıladılar. Bütün komanda üzvlərinin arasında qarşılıqlı hörmət olan yerdə uyğunlaşma ilə bağlı da çətinlik ola bilməz. Belə olanda biz futbolçulara yalnız yaxşı oynamaq və qalib gəlmək qalır”.

Xəbər xətti