"Qəbələ" Türkiyə klubu ilə heç-heçə etdi

02:30 - 16 Yanvar 2015

Əyalət təmsilçisi daha bir yoxlama oyunu keçirəcək
 
Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədə ikinci oyununu keçirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki. ilk yoxlama matçında "Antalyaspor"lu yaşıdları ilə qarşılaşan "qırmızı-qaralar" (0:2) bu dəfə "Kunduspor"un U-17 komandası ilə üz-üzə gəlib. Oyun 2:2 hesabı ilə başa çatıb. "Qəbələ"nin heyətində Rüstəm Nuriyev və Eldost Qiyasbəyli fərqlənib. 
 
Komandanın toplanış çərçivəsində üçüncü - son oyunu qarşılaşması yanvarın 18-də baş tutacaq. Rəqibin adına bu gün aydınlıq gələcək.

Xəbər xətti