Yığma komandamız Finlandiya və İrlandiya ilə qarşılaşacaq

16:00 - 16 Yanvar 2015

U-19-un iki təlim-məşq toplanışı olacaq

 

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə müvafiq yaş qrupuna aid Azərbaycan yığması ardıcıl iki təlim-məşq toplanışında olacaq.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığmamız fevralın 16-dan 22-dək Finlandiyanin Helsinki, fevralın 23-dən 28-dək isə İrlandiyanın Dublin şəhərlərində hazırlıq keçəcək.

 

Təlim-məşq toplanışları ərzində 4 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Futbolçularımız fevralın 20-də və 22-də finlandiyalı, fevralın 25-də və 27-də isə irlandiyalı həmyaşıdları ilə qarşılaşacaqlar.
 

Xəbər xətti