Komanda rəqiblərinə şans vermədi
Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Qəbələ" bu gün iki yoxlama matçına çıxıb.
Sportal.az xəbər verir ki, komanda birinci qarşılaşmada Türkiyə təmsilçisi "Adanaspor"la qarşılaşıb.
Görüş "Qəbələ"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını Bəhlul Mustafazadə, Markus Markinyoş, Ekiqo Ehiosun vurub.
"Qəbələ" ikinci matçındakı rəqibi isə Ukrayanın "Vorskla" (Poltava) klubu olub. Bu oyunda da "Qəbələ" meydanı qalib tərk edib. "Qəbələ"də Ruslan Fonin və Cavid Hüseynov fərqlənib.
17 iyun Yoxlama oyunu
19:00. "Qəbələ" (Azərbaycan) - "Vorskla" (Ukrayna) - 2:1