"Qəbələ" Qazaxıstan klubuna məğlub olub

11:30 - 19 Yanvar 2015

Yoxlama matçı

 

“Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində ilk oyununu keçirib. 

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qonşu ölkəyə yanvarın 16-da yollanan Luis Araqonun yetirmələri ilk sınağında Qazaxıstanın “Tobol” klubunun əvəzediciləri ilə üz-üzə gəlib.

 

“Qırmızı-qaralar” birinci yoxlama oyununa bu heyətlə çıxıb: Cavid Əsgərov, Ayxan Əsədov, Vəzir Musayev, Elton Xudadatov, İbrahim Aslanlı, Qismət Əliyev, Sahil Mirzəyev, Müşfiq Teymurov, Ramil Həsənov, Mirəli Məmmədzadə, Ehtiram Şahverdiyev.
Məşqçilər korpusu matçın gedişində Şamil Camaləddinov, Emin Zamanov, Muxtar Əliyev, Azər İbrahimov, Elnur Orucov, Elnur Mustafazadə və Ramazan Həsənova da şans verib.

 

Hər hissədə bir qol buraxan “Qəbələ” qarşılaşmada 0:2 hesabı ilə məğlub olub. “Qırmızı-qaralar” toplanış çərçivəsində daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.
 

Qeyd edək ki, Araqonun komandası Antalya toplanışını yanvarın 29-da başa vuracaq.

Xəbər xətti