"Millidə yeni futbolçular olacaq”
"Klubların əsas və əvəzedici komandaları ilə yanaşı, burada təlim-məşq toplanışında olan yığmalarımızın oyunlarını izləyirik. Bir neçə futbolçu müsbət mənada diqqətimizi çəkib və yığmada yeni adların olacağı istisna deyil".
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan U-21 millisinin baş məşqçisi Yaşar Vahabzadə deyib.
O, “Qəbələ”nin yarımmüdafəçisi Tellur Mütəllibovu və “Neftçi”nin müdafiəçisi Rail Məmmədovu növbəti toplanışlarda U-21-in heyətinə cəlb etmək fikrində olduqlarını bildirib:
"Maraq dairəmizdə olan və adını çəkmək istəmədyim digər futbolçular isə hələ ki öz üzərlərində bir qədər də çalışmalıdırlar”.
saytlarin hazirlanmasi