Yoxlama matçı
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi dünən növbəti yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, yığmamız Türkiyənin "Kunduspor" klubunun U-21 komandası ilə üz-üzə gəlib. Bu qarşılaşmada milli komandamız rəqibini darmadağın edib - 8:0.
Matçdan əvvəl 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və millimizin futbolçuları oyuna qara sarğı ilə çıxıb.
Qarşılaşmanı millimizin baş məşqçisi Robert Prosineçki və AFFA-nın Məşqçilər Komitəsinin üzvləri izləyiblər.