"Simurq" hazırlığa ara vermədən davam edir

13:00 - 20 Yanvar 2015

Təlim-məşq toplanışı

 

Antalyada qış təlim-məşq toplanışını davam etdirən "Simurq" ötən gün bir məşqə çıxıb.

Sportal.az klubun rəsmi sayıtna istinadən xəbər verir ki, hər kəsin iştirak etdiyi çalışmaya əvvəlcə qısa məsafəyə qaçışla başlanılıb.

Daha sonra futbolçular iki qrupa bölünüb. Dünənki matçda iştirak edənlər isinmə hərəkətlərindən sonra məşqi tamamlayaraq istirahətə yollanıblar. Digər qrup isə qısa ötürmələrdən sonra cinahlardan asmalar və onların qapanması tapşırığını yerinə yetiriblər.

"Simurq" bu gün iki məşqlə hazırlıqları davam etdirəcək.

Xəbər xətti