Millimizin məşqçiləri və Məşqçilər Komitəsi faciə qurbanlarını yad edib

13:05 - 21 Yanvar 2015

1 dəqiqəlik sükut

 

Türkiyənin Antalya şəhərində Azərbaycan milli komandasının və U-21 yığmamızın məşqçilər korpusu, həmçinin AFFA-nın Məşqçilər Komitəsinin üzvləri 20 yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar görüş keçirib. 

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda əvvəlcə Azərbaycan respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və komitənin üzvü Ağasəlim Mircavadov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qətliamın insanlığa qarşı cinayət olduğunu bildiriblər.

 

Xatırladaq ki, millimizin məşqçiləri və Məşqçilər Komitəsinin üzvləri Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışını izləmək üçün Antalya şəhərindədirlər. 

Xəbər xətti