"Fortuna" İsveçrə klubunu məyus etdi
Almaniyanın "Fortuna" klubu növbəti yoxlama matçını keçirib.
Sportal.az xəbər verir ki, Toğrul Eratın şərəfini qoruduğu Düssledorf təmsilçisi İsveçrənin "Qrasshopper" klubu ilə üz-üzə gəlib.
Matç ikinci Bundesliqa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Erat görüşün 46-cı dəqiqəsindən etibarən meydanda olub.