Yoxlama matçı
“Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki Qazaxıstanın “Tobol” və Almaniyanın “Freyberq” klubları ilə görüşən Luis Araqonun komandası bu dəfə Afrika təmsilçisi ilə üz-üzə gəlib. Belə ki, “qırmızı-qaralar” Qananın “Liberti” klubunun əvəzedici heyəti ilə qarşılaşıb.
Komandanın əvvəlki oyunlarında olduğu kimi bu dəfə də qarşılaşmada iki qol vurulub. Belə ki, “Qəbələ” Antalya toplanışında ikinci məğlubiyyətini 2 cavabsız qol buraxmaqla alıb – 0:2. Antalyadakı ilk oyununda eyni hesabla “Tobol”a uduzan əvəzedicilər Qana klubuna da həmin nəticə ilə məğlub olub. Almaniyanın aşağı dəstə təmsilçisi “Freyberq”lə qarşılaşmada isə tərəflərdən hərəsi bir qol vurmuşdu – 1:1.
Qeyd edək ki, Antalya təlim-məşq toplanışının sonunadək “Qəbələ”nin əvəzedicilərinin yenidən meydana çıxacağı planlaşdırılıb.
saytlarin hazirlanmasi