"Simurq" Antalyada son məşqinə çıxdı

11:05 - 24 Yanvar 2015

Təlim-məşq toplanışı
 
Yanvarın 6-dan Antalyada qış təlim-məşq toplanışında olan "Simurq" ötən gün məskunlaşıdığı "Sirena Bələk" otelinin meydançasında son məşqinə çıxıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, iki saata yaxın davam edən hazırlığa əvvəlcə qısa məsafəli qaçışla başlanılıb.
 
İsinmə hərəkətlərindən sonra futbolçular iki qrupa bölünüb. Qısa ötürmələrdən ibarət tapşırıqlar yerinə yetirildikdən sonra taktiki və texniki təmrinlərə keçilib. Sonda qapıya zərbələrlə məşq tamamlanıb.
 
Zaqatala klubu bu gün Antalya hazırlığı çərçivəsində son yoxlama görüşünə çıxacaq. Rəqib Ukraynanın "Volın" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
 
Bundan sonra Zaqatala təmsilçisi təlim-məşq toplanışını başa vuraraq, gecə saatlarında yola çıxacaq. Vətəndəki iki günlük istirahətdən sonra komanda doğma arenada Topaz Premyer Liqasının 19-cu turunun hazırlığına başlayacaq.

Xəbər xətti