Yoxlama matçı
2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 20-ci gününü 1 məşqlə yekunlaşdırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan səhər məşqində komanda əsasən toplu çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib.
Xatırladaq ki, "Qəbələ" bu gün - yanvarın 25-də təlim-məşq toplanışı çərçivəsində 6-cı yoxlama oyununu keçirəcək. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçda "qırmızı-qaralar" Macarıstan çempionatının yüksək liqasında mübarizə aparan “Haladaş”la qarşılaşacaq.
saytlarin hazirlanmasi