22-ci gün
2014/2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 22-ci gününü 1 məşqlə yekunlaşdırıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan səhər məşqində komanda əsasən toplu çalışmalara yerinə yetirib.
Xatırladaq ki, "Qəbələ" bu gün təlim-məşq toplanışı çərçivəsində 7-ci yoxlama oyununu keçirəcək. Bu matçda "qırmızı-qaralar" Türkmənistan çempionatının yüksək liqasında mübarizə aparan “Altın Asır”la qarşılaşacaq.
saytlarin hazirlanmasi