"Qəbələ" 4-cü oyununda məğlub oldu

19:05 - 27 Yanvar 2015

Əvəzedicilər "Jeju Yunayted"ə uduzdu
 
“Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, bunadək 3 matça çıxan Luis Araqonun komandası bu dəfə Asiya təmsilçisi ilə üz-üzə gəlib. Belə ki, “qırmızı-qaralar” Cənubi Koreya təmsilçisi “Jeju Yunayted”lə qarşılaşıb.
 
“Qəbələ” Antalya toplanışında keçirdiyi son yoxlama oyunundan məğlubiyyətlə ayrılıb. Məhsuldar keçən görüşdə “qırmızı-qaralar” 2 qol vursa da, sonda məğlub olub – 2:5. "Qəbələ"nin qollarını Müşfiq Teymurov və Vəzir Musayev vurublar.
 
Bu məğlubiyyət əvəzedicilərin Antalyada 3-cü yenilgisi olub. Bunadək Araqonun komandası Qazaxıstan “Tobol”u və Qana “Liberti”sinə eyni - 0:2 hesabı ilə uduzmuşdu. Almaniyanın aşağı dəstə təmsilçisi “Freyberq”lə qarşılaşmada isə tərəflərdən hərəsi bir qol vurmuşdu – 1:1.

Xəbər xətti