"Qəbələ" "Bakı" ilə oyunun hazırlıqlarına start verdi

00:15 - 31 Yanvar 2015

Əyalət təmsilçisi bu gün son məşqinə çıxacaq
 
Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışını başa vurub, vətənə qayıdan “Qəbələ” hazırlıqlarını bərpa edib.
 
Sportal.az klubun rəsmi saytına istinadən məlumatına görə, ölkəyə qayıtdıqdan sonra bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” ötən gün bir araya gələrək ilk məşqinə çıxıb.
 
Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində “Bakı” ilə oyununun hazırlığa başlayan Roman Qriqorçukun komandası ötən gün səhər məşqi ilə  toplanışı tamamlayıb. Paytaxtda baş tutan məşq prosesində toplu çalışmalar və fiziki hazırlığa üstünlük verilib. Məşqdə yalnız zədəli Pavol Farkaş iştirak etməyib.
 
Bu gün komanda oyunöncəsi son məşqinə çıxacaq. Hazırlıqlar oyunun baş tutacağı “Bakı” klubunun təlim-məşq bazasında keçiriləcək. Məşq prosesi oyunun başlayacağı vaxtda – saat 14:00-da başlayacaq.
 
Qeyd edək ki, fevralın 1-də keçiriləcək “Bakı” – “Qəbələ” oyunu saat 14:00-da başlayacaq.

Xəbər xətti