"Qəbələ"dən ardıcıl 3-cü qələbə

12:05 - 31 Yanvar 2015

U-14 Elit Kuboku

 

“Qəbələ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə komandaları növbəti oyunlarını keçiriblər. Bakcell U-14 Elit kubokunda mübarizə aparan “Qəbələ” ardıcıl 3-cü qələbəsini qazanıb. B qrupunda əvvəl Mərkəz Elit Yığmasını 6:0, ardınca “Qarabağ”ı 8:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” yalnız Şimal-Qərb Elit Yığması ilə matçda müqavimətə rast gəlib. Lakin U-14 komandası 3:1 hesablı qələbə qazana bilib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-13 və U-12 AFFA-nın Klublarda Futbol Akademiyası layihəsi çərçivəsində aşağıyaşlı futbolçulardan ibarət komandalar arasında 4 yaş qrupu üzrə keçirilən turnirlərdə mübarizəyə başlayıb. U-13 AZAL-ı 6:0, “Qarabağ”ı 5:0 hesabı ilə yenib. U-12 isə “Bakı”nı 4:1, “Neftçi”ni 2:1, “Rəvan”ı 5:0 hesabı ilə məğlub edib.

 

U-19 Liqasında çıxış edən “Qəbələ” AZAL-la səfər oyununda 2:3 hesabı ilə məğlub olub. 17-ci turda “İnter”lə qarşılaşacaq “qırmızı-qaralar” 14 matçda topladığı 26 xalla 3-cü pillədə qərarlaşıb.
 

U-15 Liqasında “Sumqayıt”ın qonağı olan “Qəbələ” iki cavabsız qolla qalib gəlib. 13 oyunda 32 xal toplayan komandamız liderliyini qoruyur.

Xəbər xətti