Avro-2017: Seçmə mərhələnin püşkü atılacaq

10:43 - 2 Fevral 2015

Millimiz E səbətində
 
Fevralın 5-də, yerli vaxtla saat 9-da (Bakı vaxtı ilə saat 12:00), İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.
 
Sportal.az xəbər verir ki, AFFA-nı tədbirdə baş katibin müavini Sərxan Hacıyev və Azərbaycan U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə təmsil edəcək.
 
Komandaların püşk üçün səbətlərə bölgüsünü diqqətinizə çatdırırıq:
 
A səbəti: İspaniya, İngiltərə, İtaliya, Almaniya, Fransa, Çexiya, Portuqaliya, Hollandiya, Danimarka
 
B səbəti: Rusiya, İsveçrə, İsveç, Serbiya, İsrail, Ukrayna, Slovakiya, Rumıniya, Belçika
 
C səbəti: Türkiyə, Sloveniya, Avstriya, Yunanıstan, Şotlandiya, Xorvatiya, Norveç, Ermənistan, Monteneqro
 
D səbəti: Finlandiya, Uels, Macarıstan, İslandiya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, İrlandiya, Belarus
 
E səbəti: Bolqarıstan, Kipr, Makedoniya, Litva, Azərbaycan, Qazaxıstan, Albaniya, Latviya, Estoniya
 
F səbəti: Farer adaları, Şimali İrlandiya, Lüksemburq, Malta, San Marino, Andorra, Lixtenşteyn

Xəbər xətti