Amit Quluzadə izlədi, komandası məğlub oldu

13:40 - 2 Fevral 2015

XXV turun matçı

 

Azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi Portuqaliya ikinci liqasında mübarizə aparan "Atletiko" növbəti matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, 25-ci tur çərçivəsində səfərdə "Çaves"lə qarşılaşan "Atletiko" 0:1 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, Amit ilk 18-likdə yer alsa da, meydana çıxmaq şansını əldə etməyib.

Xəbər xətti