"Simurq" "Neftçi" ilə oyuna ciddi itki ilə hazırlaşır

18:55 - 3 Fevral 2015

Komanda "Neftçi" ila oyunun hazırlıqlarına başladı
 
Topaz Premyer Liqasının növbəti turunda "Neftçi"nin qonağı olacaq "Simurq" hazırlıqlara ara vermədən başlayıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən səhər saatlarında məşqə çıxan komanda fevralın 5-də paytaxtda gələcək və son çalışmasını qarşılaşmanın oynanılacağı "Bekcell Arena"da həyata keçirəcək.
 
Hazırlıqlarda yalnız Əli Gökdəmir iştirak etmir. Ayağında ağrılar hiss edən müdafiəçinin müalicəsi davam edir.
 
Qeyd edək ki, "Neftçi" - "Simurq" oyunu fevralın 6-da keçiriləcək və saat 16:00-da start götürəcək.

Xəbər xətti