Yığmamız yoxama oyununu kimlə keçirəcək?
Azərbaycan və Moldovanın futbol federasiyaları Antalyada təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşünün keçirilməsi barədə razılığa gələ bilməyib.
Sportal.az report.az-a istinadən xəbər verir ki, iki ölkə federasiyası həqiqətən fevralın sonunda yığma komandalar arasında yoldaşlıq görüşünün keçirilməsi barədə danışıqlar aparıb, lakin tərəflər matçın keçirilmə tarixi ilə bağlı ortaq məxrəcə gələ bilməyiblər.
Azərbaycan 24 fevral, Moldova isə 22 fevral tarixini təklif edib.
Bu gün Moldova Futbol Federasiyası (MFF) Bakıya mümkün gələcək əməkdaşlıqdan imtina barədə məktub göndərib.
Bu məlumatı Sports.md nəşrinə MFF-nın vitse-prezidenti İon Testemitsanu təsdiq edib.
saytlarin hazirlanmasi