Ruslandan şad xəbər
“Qəbələ” Azərbaycan Premyer Liqasının XX turunun AZAL-la qarşılaşmasının hazırlığına başlayıb.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün bir məşqlə kifayətlənib. Qəbələdə baş tutan hazırlıq günün ikinci yarısına təsadüf edib. Roman Qriqorçukun futbolçuları əsasən toplu çalışmalara üstünlük verib.
Məşqdə yalnız zədəli Pavol Farkaş iştirak etməyib. “Bakı” ilə XIX turun qarşılaşmasında başından zədələndiyi üçün əvəzlənən ukraynalı hücumçu Ruslan Fomin isə komanda ilə birlikdə çalışmalarda iştirak edib.
Qeyd edək ki, “Qəbələ” – AZAL oyunu fevralın 6-da keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 14:00-da başlayacaq.
saytlarin hazirlanmasi