Millimiz Almaniya və Rusiya ilə eyni qrupa düşdü

13:30 - 5 Fevral 2015

7-ci qrupda mübarizə aparacaq

 

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupuna aid Azərbaycan yığması Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda 7-c qrupda Almaniya, Rusiya, Avstriya, Finlandiya və Farer adaları komandaları ilə mübarizə aparacaq.

Xəbər xətti