Yığmamızın baş məşqçisi: "Futbolçuların qarşısında tələb qoymuşduq ki..."

15:15 - 6 Fevral 2015

"Bizim üçün bütün oyunlar vacibdir"

Bu gün 19 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Patrisiya Qonzales affa.az-a fikirlərini açıqlayıb.

Sportal.az sizi həmin açıqlama ilə tanış edir:

"“1997/98-ci il təvəllüdlü futbolçuların iştirakı ilə bu il ilk oyunumuzu keçirdik. Heyətimizdə ötən il çıxış edənlərlə yanaşı, bu ildən etibarən bizə qoşulan futbolçular da var. Əsas məqsədlərdən biri həmin futbolçular arasında qarşılıqlı anlaşmanın səviyyəsini yüksəltməkdir. Futbolçuların qarşısında tələb qoymuşduq ki, məşqlərdə nümayiş etdirdiklərini oyun zamanı da göstərə bilsinlər və mənə elə gəlir, istəyimizə uyğun qarşılaşma izlədik. Bir sözlə, oyundan razı qaldım. Bütün oyunlar, ələlxüsus, beynəlxalq qarşılaşmalar bizim üçün çox vacibdir. Bu gün səhvlərimizi gördük, nəyin üzərində daha çox işləməli olduğumuzu müəyyənləşdirdik. Sentyabrda Avropa çempionatının seçmə mərhələsində keçirəcəyimiz oyunlara hazırlıq prosesində ilk addımımızı bu gün atdıq”.

Xəbər xətti