Cavid İmamverdiyev: "Bunun mənə heç bir təsiri olmayacaq"

14:35 - 7 Fevral 2015

"Əsas odur ki, baş məşqçi ilə aram yaxşıdır"

 

Daha öncə də xəbər verdiyimiz kimi, Cavid İmamverdiyevin çıхış etdiyi "Elazığspor"un 3 məşqçisi Duyğu Erdoğan, Önder Çınar və qapıçılarla işləyən məşqçi Mehmet Talaş komandadan kənarlaşdırılıb.

 

Sportal.az-a açıqlamasında Cavid klubdan ayrılan məşqçilərə görə pis olduğunu vurğulayıb:

 

"Təbii ki, məşqçilərin ayrılmağına pis oldum. Onlarla aram yaxşı idi. Lakin bunun mənim buradakı karyerama heç bir təsiri olmayacaq. Baş məşqçi ilə də münasibətlərim normaldır və hər vaxt əsas heyətdə çıxıb komandama kömək etməyə hazıram."

Xəbər xətti