Məhərrəmov ilk rəsmi matçında "fərqləndi"

01:19 - 8 Fevral 2015

"Adanaspor" heç-heçə etdi
 
Türkiyə PTT birinci liqasında 19-cu turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, Cəmşid Məhərrəmovun formasını geydiyi “Adanaspor” səfərdə “Orduspor”un qonağı olub. Həmyerlimiz 38-ci dəqiqədə meydana daxil olmaqla yeni klubunda debüt edib. 47-ci dəqiqədə isə Cəmşid sarı vərəqə ilə cəzalanıb. Matç qolsuz heç-heçə ilə tamamlanıb.
 
Qeyd edək ki, 19 oyundan aktivində 22 xal olan “Adanaspor” turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. 

Xəbər xətti