İmamverdiyev oynamadı, Şükürovun komandası 3 xala sevindi

02:00 - 8 Fevral 2015

"Karşıyaka"dan növbəti qələbə
 
Türkiyə PTT birinci liqasında 19-cu turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, Mahir Şükürovun formasını geydiyi “Karşıyaka” öz meydanında Cavid İmamverdiyevin şərəfini qoruduğu “Elazığspor”u qəbul edib. Cavidin adı matçın protokoluna düşmədiyi halda, Mahir 90 dəqiqə meydanda olub. Matç “Karşıyaka”nın 2:1 hesablı qələbəsi ilə tamamlanıb.
 
Qeyd edək ki, 19 oyundan aktivində 29 xal olan “Karşıyaka” beşinci pillədə, 23 xala sahib “Elazığspor” isə 11-ci pillədə qərarlaşıb. 

Xəbər xətti