Yoldaşlıq matçı
“Bakı”nın Təlim-Məşq Bazasında 19 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında növbəti yoxlama oyunu keçirilib.
Sportal.az xəbər verir ki, qarşılaşma 5:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
Nigar Cəlillinin het-trik etdiyi oyunda hərəyə 1 dəfə Aysun Əliyeva və Yaiza Relea fərqlənib.
Qeyd edək ki, bu komandalar arasında iki gün öncə keçirilmiş ilk oyunda da millimiz 2:0 hesabıyla üstün olmuşdu.
saytlarin hazirlanmasi