Amit Quluzadə oynadı, komandası biabır oldu

11:50 - 15 Fevral 2015

XXVII turun matçı

 

Portuqaliya çempionatının II liqasında Amit Quluzadənin formasını geyindiyi "Atletiko" növbəti matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, səfərdə "Gimaraynş B" ilə qarşılaşan "Atletiko" 0:4 hesablı darmadağınla qarşılaşıb. Amit 79-cu dəqiqədən meydana daxil olsa da, heç nə ilə yadda qalmayıb.

 

Qeyd edək ki, "Atletiko" 27 turdan sonra 27 xalla 20-ci pillədə qərarlaşıb.

Xəbər xətti