5 aylıq müqavilə
“Qəbələ” növbəti transferini gerçəkləşdirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” braziliyalı futbolçu Rikardo Ferreyra da Silvanı heyətinə cəlb edib. 30 yaşlı cənubi amerikalı ilə 5 aylıq müqavilə imzalanıb.
Rikardinyo kimi tanınan futbolçu Braziliyanın “Koritiba” klubunun yetirməsidir. O, 2003-cü ilədək klubun yeniyetmə və gənclər, 2003-09-cu illərdə əsas komandasında çıxış edib. 2007-ci ildə isə müdafiəçi icarə əsasında “Atletiko”nun (Mineyro) şərəfini qoruyub.
Braziliyalı “Koritiba”da 2 dəfə Paranaense çempionu titulunu qazanıb.
2009-cu ildə legioner karyerası yaşamaq üçün Avropaya üz-tutan Rikardinyo İsveçin “Malmö” klubu ilə müqavilə imzalayıb. O, yeni klubunda sol cinah müdafiəçisi kimi çıxış etməyə başlayıb. Anlaşması 2014-cü ilin dekabrında başa çatan braziliyalı həmin müddətədək Skandinaviyada çıxış edib. Cənubi amerikalı ötən ilin oktyabrında İsveç vətəndaşlığı da alıb. “Malmö”də çıxış etdiyi 5 ildə 3 dəfə (2010, 2013, 2014) ölkə çempionu, 2 dəfə (2013, 2014) Superkubok qazanan Rikardinyo avrokubok təcrübəsinə də malikdir. Braziliyalı qitə miqyaslı turnirlərdə 26, İsveç klubunda isə 200 oyun keçirib.
Qeyd edək ki, “Qəbələ” Rikardinyoya qədər Rəşad Sadiqov, ukraynalılar Aleksey Qay, Dmitri Bezotosnı, Ruslan Fomin və belaruslu Mixail Sivakovu heyətinə qatıb.
saytlarin hazirlanmasi