"Şaxtyor"la qarşılaşmada da mənə göstərilən etimadı doğrultmağa çalışacağam"
"Qəbələ"nin futbolçusu Elvin Camalov ilk dəfə millimizin əsas komandasına çağırılması ilə bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, fevralın 24-ü Ukraynanın "Şaxtyor" klubu ilə yoldaşlıq matçı üçün milliyə dəvət olunan 20 yaşlı oyunçu çox sevindiyini deyib:
"Hər futbolçunun arzusudur ki, milli komandanın formasını geyinsin. Buna görə də hər oyunçu yığmadan dəvət gözləyir. Mən də əsas milliyə çağırılmağı istəyirdim. Bunun üçün də məşqlərdə məsuliyyətlə çalışıb, üzərimdə işləyirdim. Çox sevinirəm ki, yığmanın Türkiyə toplanışına çağırılan heyətində yer almışam".
E.Camalov bildirib ki, ona göstərilən etimadı doğrultmağa çalışacaq:
"Mənə inandıqları üçün milli komandanın məşqçilərinə təşəkkür edirəm. Toplanış çərçivəsindəki hazırlıqlarda da, oynayacağım halda “Şaxtyor”la qarşılaşmada da mənə göstərilən etimadı doğrultmağa çalışacağam".
saytlarin hazirlanmasi